Tramp: "Rusiyaya qarşı sanksiyalar Ukrayna böhranına təsir göstərməyəcək"
Dünən, 09:36
"ABŞ administrasiyası 10 günlük müddətdən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir, hərçənd bu, Ukrayna böhranının həlli ilə bağlı vəziyyətə əhəmiyyətli təsir göstərə bilməz".
TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
"Putinin sanksiyalardan narahat olub-olmadığını bilmirəm. Bilirsiniz, onlar sanksiyalardan xəbərdardırlar.
Mən sanksiyalar, rüsumlar haqqında hamıdan yaxşı bilirəm. Bunun hansısa effekti olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik", - deyə o vurğulayıb.