Azərbaycanda təcili yardım avtomobili qəzaya uğradı: Ölən və yaralananlar var Dünən, 09:19 Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb.TEREF APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Navahı kəndindən keçən hissəsində baş verib.Təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş