ABŞ-Çin münasibətlərində yeni mərhələ başlayır

Dünən, 10:12           
ABŞ-Çin münasibətlərində yeni mərhələ başlayır
"Amerika Birləşmiş Ştatları və Çin strateji sabitlik dövrünə qədəm qoyurlar, çünki bu iki ölkə arasında tammiqyaslı ticarət qarşıdurması bütün dünya üçün zərərli ola bilər".

Bunu ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində deyib.

"Nəticə etibarilə biz dünyanın ən böyük iki iqtisadiyyatına sahibik. Hesab edirəm ki, Vaşinqton Birləşmiş Ştatlar və Çin arasında tammiqyaslı ticarət münaqişəsindən müəyyən üstünlüklər əldə edə bilərdi, lakin dünya bu qarşıdurmadan ciddi zərər çəkərdi", - siyasətçi bildirib.

Eyni zamanda, Rubio vurğulayıb ki, Vaşinqton və Pekin arasında hələ də kifayət qədər fikir ayrılığı mövcuddur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru