FES Trampa qarşı - Faiz dərəcələri yenə dəyişməyib

Dünən, 09:28           
FES Trampa qarşı - Faiz dərəcələri yenə dəyişməyib
ABŞ Federal Ehtiyat Sistemi (FES, Mərkəzi Bankın funksiyalarını yerinə yetirən qurum - red.) 29-30 iyul tarixlərində keçirilən iki günlük iclasın nəticəsinə görə uçot dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb.

Bu barədə tənzimləyicinin mətbuata açıqlamasında bildirilir.

Beləliklə, tənzimləyici ardıcıl beşinci dəfədir faiz dəcələrini dəyişdirmir.

"Reuters" agentliyinin sorğusunda iştirak edən ekspertlərin əksəriyyəti qeyd edir ki, intriqa qalmaqdadır: FES artan siyasi müdaxilə fonunda müstəqil qala biləcəkmi. Agentlik yazır ki, Tramp tərəfindən bu vəzifələrə təyin edilmiş FES İdarə Heyətinin üzvləri Kris Uoller və Mişel Bouman son zamanlarda iyul iclasında faiz dərəcələrinin azaldılmasını dəstəklədiklərini bildiriblər.

"Məni FES-in müstəqilliyi məsələsi narahat edir və bunun əsas səbəbi Bouman və Uollerin son davranışlarıdır. Onların konsensusdan fərqləndikləri çox aydın görünür", - "Rabobank"ın ABŞ üzrə baş strateqi Filip Marey bildirir.

FES-in faiz dərəcəsi ilə bağlı növbəti iclası 16-17 sentyabr tarixlərinə planlaşdırılıb.

"Reuters" başqa bir sorğusunda iştirak edən iqtisadçıların yarıdan bir qədər çoxu (105-dən 56-sı) sentyabrda faiz dərəcələrinin azaldılmasını proqnozlaşdırır.
pressklub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru