Qarabağ qazisi "Qarabağin Həcəri" adı ilə tanınan Səbirə Mahmudova Birinci viçe- prezident Mehriban xanım Əliyevaya müraciət etdi..
Dünən, 10:20

TEREF yazır ki, Qarabağ müharibəsi qazisi o zamanlar cəbhədə "Qarabağin Həcəri" adı ilə məşhur olan Səbirə Mahmudova ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya müraciət edib. Müraciəti nəzərinizə çatdırırıq:
Hörmətli Mehriban xanım Əliyeva!
Ölkəmizdə tikdirdiyiniz, dünya standartlı,ən müasir avadanlıqlarla təchiz etdirdiyiniz,xalqa xidmətə hazırladığınız sağlamlıq ocaqlarına görə Sizə və prezidentimizə minnətdaram.Artiq əhalimiz icbari sığortayla müayinə olunur və hətta özəl sektorlarda da açiq ürək əməliyyatları etdirirlər.
Amma,bəzi iradları bildirmək və Sizi bundan xəbərdar etmək bizim kimi ictimai insanların borcudur. Üstünüzə saglıq, 3 ay öncə onkoloji problemdən əməliyyat keçirmişəm və cərrahm Cavid Allahverdiyev və müalicə həkimim Elmina xanimin qayğıkeşliyindən razıyam.
Amma Mərkəzdə hədsiz naqisliklər də var. 3 gündür ki,mən Milli Onkologiya Mərkəzindəki Kompüter Tomoqrafiya aparatından keçəmmirəmsə,görün Radiologiya şobəsində vəziyyət necədir.(Bəhanə gərək 50-60 kq. çəkidə olmalısan.Guya islək aparat bir ədəddir. Ya da,Radioloji şöbədə kiminsə cibinə pul qoyasan.) Hətta bu iradlarımı şöbənin müdiri Azad həkimə bildirsəm də məni KT -dən kecirtdirmədi.Cunki,bu qanunu o qoyub o şöbəyə.Cünki,onun burnu barit qoxumayıb,qulağı güllə səsi eşitməyib səhra hospitallarinda. Bu gün bir daha cavanlığımi müharibə meydanlarından Vətənə,Dövlətə,Xalqa həsr etməyimə peşman etdilər məni.
Bəs,prezidentimizin milyonlar ayırdığı bu Mərkəz niyə bu gündədir? Bu Mərkəzə girəndə, gördüyümüz yüzlərlə xəstə insanin bozarmış simalari ölkəmizdə ağır dolanısigin ,pis qidalanmanın əyani sübutudur.Ölkədə sosial durumun vəziyyətini bulvarlarda,restoran və şadliq evlərindəki insan resursuyla ölçənlər bircə gündə bu xəstəxanaya gələnlərin sayıyla maraqlansinlar.Sizin humanistliyinizə guvəncimdən bu sətirləri Sizə ünvanlamaga hazirlaşarkən,bu statusla rastlaşdım.Bunu da nəzərdən keçirəndə,ordakı durum Sizə aydın olacaqdır.
Hörmətlə: Qarabağin Həcəri - Sabira Mahmudova
"Ayten Memmedova
20 ч.
·
Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib. Yoxsa insan adlanan varlıqlar necə bu dərəcədə rəhmsiz ola bilər?
Cəmi 25 yaşı olan xalamqızı ağır formada onkoloji xəstəlikdən əziyyət çəkir. O qədər kasıbdılar, biopsiyanın nəticəsi məlum olanda, nəqliyyat puluna görə dərhal Bakıya gələ bilmədi. Nəticəni görəndən sonra həkim soruşur ki, niyə bu qədər gecikdirmisən, vaxtında müayinə olunmamısan? Yazıq qarın dolusu yemək tapa bilmirdi, həkimə getməyə hardan pul tapaydı...
Milli Onkologiya Mərkəzində analizlər 250 manat, digər müayinələr üçün biri 120 manat istəyir, o biri 90 manat, başqa biri 130 manat... Müayinələrdən sonra özü rayona qayıtdı, KT-nin (kompüter tomoqrafiya) cavabını gözləyə bilmədi. Ertəsi günü mən getdim ki, götürüm.
Tibb bacısı deyir ki, ödəniş olunmayıb, 92 manat verilməlidir. Deyirəm, qəbz ver, ödəyim. Cavab verir ki, bizdə qəbz verilmir, mənə ödəməlisiniz. Deyirəm, ay xanım, bazar deyil, siz də pomidor, kartof satmırsınız, sizə niyə verməliyəm? Deyin yerini, gedim orada ödəyim. Cavab verir ki, bizdə belədir. Deyirəm, keçən ildən onkoloji xəstələr üçün ilkin müayinə, diaqnostika icbari tibbi sığortaya daxil edilib. O biri tərəfdən həkim mədəni şəkildə qayıtdı ki, bizə aidiyyəti yoxdur, "Semaşko"-filan kimi xəstəxanalara aiddir. Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?
Axırda dedim ki, nəticə əlinizin altındadır, 25 yaşında gənc adamın vəziyyətini görürsünüz. İnsan qarın dolusu yemək tapıb yeyə bilməyib, indi də bu vəziyyətdə, siz hələ də ondan pul umursunuz, necə insanlarsınız?
Bundan sonra məni çölə çıxardılar. Beş dəqiqə sonra KT-nin nəticəsini gətirib, it qabağına atan kimi verdilər əlimə...
Amma müayinı diskini vermədilər. Dedilər ki, guya diski özüm alıb gətirsəm, o zaman köçürərlər. Kim ki pul verirdi, ona disklə birlikdə verirdilər. Gedib disk alıb gətirdim, bir saat yenə gözlətdilər, sonra diskə köçürüb verdilər.
Uzun oldu, amma Milli Onkologiya Mərkəzində insanlığın səviyyəsini göstərmək istədim..."