Boğaraq öldürdü, qəza ilə ört-basdır etdi - Rusiyada dəhşətli ailə faciəsi FOTO

Dünən, 10:49           
Boğaraq öldürdü, qəza ilə ört-basdır etdi -
Rusiyanın Sverdlovsk vilayətində karate üzrə məşqçi həyat yoldaşını qətlə yetirib, sonra bu cinayəti gizlətmək üçün yol-nəqliyyat hadisəsi təşkil edib.

Bu barədə məlumatı "SHOT" "Telegram" kanalı yayıb.

Bildirilir ki, 41 yaşlı Andrey Papst və onun 36 yaşlı həyat yoldaşı Alyona "Nissan Leaf" markalı avtomobildə olarkən nəqliyyat vasitəsi dirəyə çırpılıb. Hadisə yerinə gələn polis əməkdaşları avtomobildə Alyonanın cansız bədənini aşkar ediblər, Andrey isə sağ qalıb.

İlkin olaraq qadının yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü ehtimal edilsə də, ekspertiza onun ölüm səbəbinin mexaniki asfiksiya yəni boğulma olduğunu müəyyənləşdirib.

Hadisədən sonra Andrey Papst həyat yoldaşını qətlə yetirməkdə ittiham olunaraq həbs olunub. İlkin araşdırmalara görə, 22 illik sürücülük təcrübəsi olan karate məşqçisi arvadını öldürdükdən sonra qəzanı təşkil etməklə cinayəti ört-basdır etməyə çalışıb. Onun qətl motivləri hazırda araşdırılır.

Məlumata görə, Alyona da uşaq karate məşqçisi kimi çalışıb. Cütlüyün iki övladı var, onlardan böyüyü 10 yaşındadır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru