“Qanlı göl”ün yerində binalar tikən “Kristal Abşeron” tikinti şirkəti ilə sakinlər arasında qalmaqal

Dünən, 10:08           
“Qanlı göl”ün yerində binalar tikən “Kristal Abşeron” tikinti şirkəti ilə sakinlər arasında qalmaqal
“Qanlı göl”ün yerində binalar tikən “Kristal Abşeron” tikinti şirkəti ilə sakinlər arasında qalmaqal
Bakı Dairəvi Yolun kənarında – “Qanlı göl” adlanan ərazinin yaxınlığında yaşayan sakinlər “Kristal Abşeron” tikinti şirkətindən narazıdır.
Bizimyol.info xəbər verir ki, sakinlər “Kristal Abşeron” şirkətinin onlara qarşı ədalətsiz davrandığını deyir.

Şirkət illərdir ki, sözügedən ərazidə binaların tikintisi ilə məşğuldur. Orada mərhələli şəkildə üç layihə (Park Yasamal) həyata keçirilib. Hazırda dördüncü layihənin icrası gedir. “Kristal Abşeron” həyət evlərini söküb, yerində hündürmərtəbəli binalar inşa edir. Elə bununla əlaqədar sakinlərlə şirkət arasında narazılıq yaranıb.

Şikayətçilər deyir ki, şirkət 40 dərəcədən yuxarı isti yay günlərində 7 ailəni blokada şəraitində, toz-torpağın içində yaşamaq məcburiyyətində qoyub: “İnanın, gecəmiz-gündüzümüz yoxdur. Ağır texnikanın səs-küyündən, toz-torpaqdan necə yaşadığımızı bilmirik. Məqsəd aydındır, bezib, razılaşaq. Əsəblərin tarıma çəkilməsidir”.

Sakinlər bildirir ki, onları narazı salan əsas məsələ isə evlərin ölçündəki fikir ayrılığıdır. Onların sözlərinə görə, şirkət onlara evlərinin yerində tikiləcək binada mənzil təklif edir. Lakin öz evlərinin sahəsindən xeyli kiçik ölçüdə: “Həyətimizin sahəsini qətiyyən nəzərə almırlar. Halbuki, bizim, qonşuların həyətində sanitar qovşaq, şkaflar və başqa nə qədər avadanlıqlar var. Hansı məntiqlə saymırlar həyəti, anlamaq olmur. Üstəlik, evlərin də sahəsi düzgün hesablanmır. Narazılıq ölçü məsələsilə bağlıdır. Sahələr ya tam nəzərə alınmır, ya da məhkəmə hədəsi ilə ailələr aşağı kompensasiyaya məcbur edilir”.

Şikayətçilər əlavə edib ki, “Kristal Abşeron”un nümayəndələri onlara heç kimdən qorxmadıqlarının mesajını veriblər. Deyiblər ki, şikayətlərinin nəticəsi olmayacaq: “Bu, açıq-aşkar korrupsiya niyyəti və mülkiyyət hüququnun pozulmasıdır”.

Bizimyol.info sakinlərin iddiaaları ilə bağlı “Kristal Abşeron” şirkətinə sorğu ünvanlayıb. Şirkətdən bildirilib ki, məsələ araşdırıldıqdan sonra sorğu cavablandırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru