Şəki Tibb Kollecində Elmira Hacıyevanın tender oyunu

Dünən, 09:24           
Şəki Tibb Kollecində Elmira Hacıyevanın tender oyunu
Kollecin binasında cari təmiş işlərinin satınalınmasını əhatə edən müsabiqənin qalibi “FATEH CONSTRUCTİON” MMC olub.

Tərəflər arasında razılaşmaya əsasən təhsil ocağının cari təmiri 113 min 188 manata başa gələcək.

Aparılan araşdırma zamanı bəlli olub ki, Şəki Tibb Kolleci analoji təmir işlərini ötən ilin dekabrında da həyata keçirib. 23.12.2024-cü il tarixli satınalma müqaviləsinə əsasən “FATEH CONSTRUCTİON” MMC həmin işləri həyata keçirib və bunun müqabilində 118 min 95 manat pul alıb.

Qeyd edək ki, Şəki Tibb Kollecinin direktoru Hacıyeva Elmira Ələkbər qızıdır.

Şəki Tibb Kollecində Elmira Hacıyevanın tender oyunu
Xatırladaq ki, kollecin hər iki tenderinin qalibi olmuş “FATEH CONSTRUCTİON” MMC 2022-ci ildə yaradılıb. Şirkətin hazırkı ofisi Bakı şəhəri, Bakı, Heydər Əliyev pr 152 ünvanındakı Çinar Plaza yerləşir. Lakin şirkətin rəhbərinin kimliyi barədə özünün rəsmi saytında belə məlumat yoxdur.(XALQ )

Tərəfləri dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru