KİV: Messi "İnter Mayami" ilə yeni müqavilə imzalayacaq

Dünən, 10:06           
KİV: Messi "İnter Mayami" ilə yeni müqavilə imzalayacaq
Argentinalı hücumçu Lionel Messi "İnter Mayami" klubu ilə müqaviləsini 2028-ci ilin sonuna qədər uzadacaq.
Bu barədə jurnalist Xavi Kampos "Tot Kosta" podkastında məlumat verib.

Mənbənin sözlərinə görə, yeni razılaşma yaxın həftələrdə açıqlanacaq. Bildirilir ki, Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında və 2028-ci ildə Amerika Kubokunda çıxış etmək niyyətindədir.

Qeyd edək ki, 38 yaşlı futbolçu 2023-cü ilin yayından "İnter Mayami" klubunda çıxış edir. Onun hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru