“İcra başçısı 750 nəfəri dinləyib” xəbəri Yasamal sakinlərini qəzəbləndirdi

Dünən, 10:51           
“İcra başçısı 750 nəfəri dinləyib” xəbəri Yasamal sakinlərini qəzəbləndirdi
Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi məlumatına görə, iyul ayı ərzində keçirilən vətəndaş qəbullarında 750-dən çox sakin dinlənilib. Lakin bu rəqəmlər sosial şəbəkələrdə etirazla qarşılanıb.

Tribunainfo.az xəbər verir ki, rayon sakini, jurnalist Fimar Asımqızı paylaşımında bildirib ki, sadəcə insanları dinləməklə məsələ həll olunmur, əsas olan konkret nəticələrdir:

“Ağ oldu lap. Başlığın barıtını kim çox edibsə, qonorarından kəsin. O rəqəmi azaltsın. Dinləyib ey, ayıbdı, ayıb. Bari 75 yazaydınız. Bəs neçə nəfərin problemini həll edib? Konkret kimin? Şəxsən mən qəbulda olmuşam, yazılı müraciətlər etmişəm, hamısı da boş. Hər şikayətimdən sonra küçəmiz qarış-qarış satılıb”.

Fimar xanım iddia edir ki, onun dəfələrlə etdiyi yazılı və şifahi müraciətlərə baxılmayıb, əksinə, müraciət etdikcə yaşadığı küçədə qanunsuz satış və dəyişikliklər daha da artıb.

Hazırda Yasamal sakinləri İcra Hakimiyyətindən konkret həll yolları və real nəticələr gözlədiklərini bildirirlər. Sakinlər statistik göstəricilərlə ictimaiyyəti aldatmaq əvəzinə, problemlərin həll edilməsini tələb edirlər.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru