Çində 18-ci mərtəbədən yıxılan üç yaşlı uşaq sağ qaldı

Dünən, 11:06           
Çində 18-ci mərtəbədən yıxılan üç yaşlı uşaq sağ qaldı
Çinin Hançjou şəhərində üç yaşlı uşaq 18-ci mərtəbənin pəncərəsindən yıxıldıqdan sonra sağ qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "South China Morning Post" nəşri yayıb.

Uşaq evdə babası və nənəsinin yanında qalıb. Onlar uşağın yatdığını düşünərək mağazaya getmək qərarına gəliblər.

Oğlan uşağı yuxudan oyanaraq vanna otağına gedib və hamam üçün taxtacığın üzərinə çıxıb. Onun üstündə isə qoruyucu barmaqlığı olmayan pəncərə yerləşib. Uşaq müvazinətini itirərək yıxılıb.

Yoldan keçən yerli sakin uşağı yerdə tapıb. Atası hesab edir ki, uşağın yıxılma trayektoriyası 17-ci mərtəbədəki açıq pəncərə səbəbindən dəyişib. Bu səbəbdən uşaq kənardakı ağacın üstünə düşüb və bu zərbənin gücünü zəiflədib.

Uşağın sol qolunda sınıq, onurğa sütununda və daxili orqanlarında zədələnmələr aşkar edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru