“Novruzəli müəllim əgər parlamentə yumşaq kreslosu olan saray kimi baxırsa…” - Deputata ittihamlar VİDEO

26-10-2015, 21:05           
“Novruzəli müəllim əgər parlamentə yumşaq kreslosu olan saray kimi baxırsa…” - Deputata ittihamlar VİDEO
Son günlər İsmayıllı 86- saylı dairə seçki komissiyasında namizədlər arasında gərgin münasibətlərin şahidi oluruq. Burada namizədlər bir-birilərini ittiham edir, sərt şəkildə tənqid edirlər. Bəyəniləsi hal bundan ibarətdir ki, namizədlər demokratik qaydada aralarında olan münasibətləri ictimaiyyətə KİV vasitəsilə ilə çatdırırlar. Son olaraq belə bir münasibət namizəd, eyni zamanda iki beşillik müddətində İsmayıllıdan deputat olmuş Novruzəli Aslanovdan gəlmişdi. Elə bu yazıya görə namizəd Məzahir Şahvələdovun Novruzəli müəllimə cavabı cumhuriyyet.az-ın elektron poçtuna göndərilib və həmin yazını olduğu kimi dərc edirik:
“Mən Novruzəli müəllimin İsmayıllı hadisələri ilə bağlı fikirlərinə münasibət bildirmək istəyirəm.
1. Qeyd etmək istəyirəm ki, İsmayıllı hadisələri zamanı Novruzəli müəllim əvvəldən axıra kimi İsmayıllı rayonunda olubsa da İsmayıllı hadisələri ilə bağlı işdən uzaqlaşdırılmış icra başçısı Nizami Ələkbərov və baş memar vəzifəsində çalışan Mirələsgər Seyidovla eyni cəbhədə olmuşdur. Bundan başqa 25 yanvar 2013-cü il tarixində İsmayıllı hadisələri ilə bağlı, İsmayıllı hadisələrində sadə camaatı ittiham etmək üçün şəhərin gənclər mərkəzində təşkil olunmuş tədbirdə sadə camaat arasında deyil, ittihamçılar arasında olmuşdur. Mən vəkillər kollegiyasının üzvü olduğumu, idmançı Anar Həsənovun vəkili olduğumu heç bir yerdə göstərməmişəm. Onun vəkili hörmətli Akif müəllim Əliyevin və digər vəkillərin zəhmətini alqışlamışam. İsmayıllı hadisələri ilə bağlı göstərdiyim maddi və mənəvi yardımımla bağlı heç vaxt əvəz ummamışam. Bunu məhkəmə iclaslarında iştirak edən proses iştirakçıları bilirlər. Qaldı ki, hörmətli idmançı Anar müəllimin dedikləri ki, ona mənim tərəfimdən hər hansı dəstək ifadə olunmayıb. Qoy onu özü və allahı bilsin.
2. Hüquqşünas kimi çalışdığım “Çaldaş” şirkətinin yanacaqdoldurma məntəqəsinin və bir çox rayon sakinlərinin əmlakının Nizami Ələkbərov və Mirələsgər Seyidov tərəfindən qanunsuz olaraq məhv etmələri barədə təmsil olunduğu milli məclisdə və digər rəhbər orqanlarda məsələ qaldırması barədə müraciətim həqiqətən olmuşdur. Lakin Novruzəli müəllim həmin müraciətə hansı cavabı vermişdi, onu göstərsəydi yaxşı olardı. Ümumiyyətlə, Novruzəli müəllim deputat olduğu on il ərzində hansı qanunun qəbul edilməsində iştirak etdiyi, fikir söylədiyi, qlobal məsələlərin həllindəki iştirakı ictimaiyyətə məlum olmamışdır. Digər deputatlardan Siyavuş Novruzov, Zahid Oruc, Fəzayıl Ağamalı və digərləri bu və ya digər mövzuda çıxış etmişdisə də Novruzəli müəllimin bir çıxışı belə ictimaiyyətə məlum deyil. Görünür o milli məclisə yalnız mürgüləmək üçün gedibmiş. Hörmətli Novruzəli müəllim əgər parlamentə yumuşaq kreslosu olan saray kimi baxırsa, bu qəbul edilən deyil. Əgər stenoqramlarda belə çıxışları varsa heç olmasa birinin KİV-də dərc olunması yaxşı olardı.
3. Təbliğat-təşviqat kompaniyasının aparılması işində Novruzəli müəllimə uğurlar arzulayıram. Mənim öz təbliğatımla məşğul olmağımla bağlı verdiyi məsləhətinə görə də ona təşəkkürümü bildirirəm. Mən İsmayıllı şəhərində yaşadığım dövrdə seçkilərdən əvvəl, yaxud sonra istənilən Azərbaycan vətəndaşı ilə fikir mübadiləsi etmişəm. Mən Novruzəli müəllimə təklif etmişəm, yenə də təklif edirəm ki, vaxtı özü təyin etsin, seçicilərin qarşısında həm debata çıxaq, həm də onları maraqlandıran suallara cavab verək. Seçkidən sonra bizim aparacağımız hər hansı fikir mübadiləsinin seçicilər üçün heç bir faydası olmayacaq. Mən bir daha hörmətli oppanentimi bu istiqamətdə ciddi düşünməyə və təklifimi qəbul etməyə çağırıram. Görürəm ki, Novruzəli müəllim deputatlığı olduqca çox sevir. Yəqin deputatlığın ayrı ləzzəti var. Ancaq istərdim ki, bu ləzzətdən İsmayıllı camaatına da pay çatsın”.

Redaksiyadan: Müsahibimizin son sözlərini, deputatlığın ləzzəti sözlərini nəzərə alaraq, yekunda iki video link əlavə edirik.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.