Deputatlığa namizəd Ülvü Quliyevin qardaşı məcburi köçkün xanımı işdən çıxartdırıb - "Üç qızımı saxlaya bilmirəm az qalıram intihar edim."

26-10-2015, 21:14           
Deputatlığa namizəd Ülvü Quliyevin qardaşı məcburi köçkün xanımı işdən çıxartdırıb -  "Üç qızımı saxlaya bilmirəm az qalıram intihar edim."
Hazırda Bakı şəhərində yaşayan məcburi köçkün Solmaz Quliyeva Daxili İşlər Nazirliyindəki işindən çıxarılması ilə bağlı “Qafqazinfo”ya müraciət edib.

S. Quliyeva bildirir ki, o 1997-2012-cı ilə kimi nazirliyin nəzdində fəaliyyət göstərən Xüsusi Həkim Komissiyasında tibb işçisi kimi fəaliyyət göstərib: “Komissiyanın rəisi Samir Quliyev Tibb İdarəsinin rəisi Vüqar İsmayılovla əlbir olaraq məni guya iş yoldaşım Natella Əliyevanı döymək adı ilə işdən çıxardıb. Halbuki Samir Quliyev yeni işçi gətirdiyi üçün böhtan ataraq məni işdən çıxartdı. Guya, mən Natellanın başında stol qırmışam, idarəyə 31 manat ziyan vurmuşam və sənədləri cırmışam. Özü də mənim üzərimə 70 C maddəsini qoydurub. Bu maddəyə görə mən heç bir yerdə işləyə bilmərəm.

Qeyd edim ki, Natella Əliyeva xalq artisti Nəzakət Teymurovanın bacısıdır, Samir Quliyev isə deputat Ülvi Quliyevin qardaşıdır”.

S. Quliyeva haqqında çıxarılan qərara etiraz edərək Binəqədi rayon məhkəməsinə müraciət edib:
“Məhkəmədə Natella Əliyeva dedi ki, onu öyrədib kağıza imza atdırıblar. Hakim Hüseyn Cəfərov bu maddənin qanunsuz olduğunu vurğulayaraq, işə bərpa olunmağımla bağlı qərar çıxartdı. Bu üç il müddətində bir neçə məhkəmə haqqımda dörd dəfə müsbət qərar verib, amma məni yenə də işə bərpa etmirlər. Samir Quliyevlə Vüqar İsmayılov bir olub mənə hətta xuliqanlıq maddəsini verdirmək üçün Bakı Şəhər Prokurorluğuna müraciət etmişdilər. Ancaq müstəntiq bunun doğru olmadığını görərək ədalətli qərar çıxartdı.

Üç qızım var. Elə kasıb şəraitdə yaşayırıq ki, mən onlara baxa bilmirəm. Az qala intihar edəm. Bir ananın başına haqsız olaraq bu oyunu açarlarmı? Təkrar işə bərpa olunmam üçün məndən 20 min manat pul istədilər. Mən bu qədər pulu hardan alım? Ölkə başçısımızdan onun iradəsindən kənar, xəbərdarlıqlarına məhəl qoymayaraq bu qanunsuz işləri həyata keçirən məmurlar barəsində ölçü götürülməsini xahiş edirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.