Raqub Məmmədov istefa ərizəsi yazdı - bütün işi araşdırılır
26-10-2015, 21:19
Bu dəqiqələrdə GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən Ağdamın icra başçısı Raqub Məmmədov istefa ərizəsi yazıb və bununla bağlı olaraq təcili Bakıya gəlib. Məlumata əsasən Raqub Məmmədovun keçmiş dövrlərdəki fəaliyyəti, sahibkarlarla bağlı bütün davranışları araşdırılır. İnformasiyaya əsasən günün sonuna qədər icra başçısı ilə bağlı rəsmi məlumatın yayılması gözlənilir.
Bildirək ki, bir neçə gün öncə Raqub Məmmədovun sabiq MTN şefi Eldar Mahmudovla yaxın əlaqələri və bundan dolayı əldə etdiyi müstəsna səlahiyyətləri ilə sahibkarlara qarşı amansız davranışları barədə GUNDEMİNFO.AZ olaraq bilgi vermişdik.
Bu gün aldığımız informasiyaya görə, icra başçısının MTN-ə yaxın bir sıra «reket» jurnalistlər vasitəsilə müəmmalı əməliyyatlar etməsi, sahibkarlar üzərində süni basqılar yaradaraq mövqelərini gücləndirmək cəhdləri də olub.