"Yeni həyat"da sular durulmur ki, durulmur... - GİLEY

30-03-2019, 11:26           
"Yeni həyat"da sular durulmur ki, durulmur... - GİLEY
““Yeni Həyat Şirkətlər Qrupu”nun dələduzluğunun iki zərərçəkəni var. Bunlardan biri mən, digəri isə Prezident ailəsidir. Dolayısıyla bizi eyni problem dərd ortağı edib”.

“Hürriyyət” qəzeti xəbər verir ki, bu iddianı iş adamı Sübhan Zayıdov Vitse-prezident Mehriban xanın Əliyevaya yazdığı məktubda irəli sürüb.

Bənzər məzmunlu məktubları Prezidentə və onun mühafizə xidmətinin rəhbəri general-polkovnik Vaqif Axundova ünvanlayan iş adamı “Yeni Həyat Şirkətlər Qrupu”nun onun mülkiyyətini qeyri-qanuni yolla ələ keçirməsindən bəhs edib. S.Zayıdovun iddiasına görə, “Yeni Həyat”ın rəhbəri Babək Babayev onunla söhbətlərində öz qanunsuz əməllərini Prezident ailəsindən aldığı sifariş əsasında həyata keçirdiyini bildirib. Maraqlıdır ki, Babək Babayevin qeyri-qanuni fəaliyyətinə Azərbaycan məhkəmələri hüquqi don geyindirməyə çalışıb. Hər halda iş adamının ölkə rəhbərliyinə göndərdiyi məktubların məzmunundan belə çıxır. Əvvəl Xətai rayonu, daha sonra isə Bakı Apellyasiya Məhkəmləri tərəfindən mülkiyyət hüququ taplanana iş adamı son ümid yeri kimi Ali Məhkəməyə müraciət edib. Aprel ayının 2-də keçirilməsi gözlənilən son instansiya məhkəməsinin nə cür qərar verəcəyi isə bilinmir. Odur ki, Prezident ailəsinin adından istifadə olunaraq mülkiyyət hüququ pozulan iş adamı son zamanlar xalqa hüquqi islahat vədi verən Prezidentə və onunən yaxın ətrafına üz tutmağa qərar verib.

Təfsilata daha artıq girmədən, iş adamının dövlət yetkililərinə göndərdiyi məktubların mətnini təqdim edirik:



Ölkə başçısına göndərilən məktub:

“Cənab Prezident!

Zamanınızın xeyli məhdud olduğu indiki dövrdə Sizi üzləşdiyim mühüm bir məsələ ilə bağlı narahat edirəm. Qarşılaşdığım problemin qısa məzmunu belədir:

Mən 2004-cü ildə “Mərmər” ASC-dən Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Zığ şosesi 5/1 ünvanında yerləşən 5 hektarlıq ərazi satın almışam. Həmin ərazinin özəlləşdirmə istəyim Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbərliyinin külli miqdarda rüşvət istəməsi nəticəsində baş tutmayıb. 10 ildən sonra isə mülkiyyətim qanunsuz olaraq “Yeni Həyat Şirkətlər Qrupu”nun adına özəlləşdirilib. Şirkətlər qrupunun rəhbəri Babək Babayev mənimlə söhbətlərində müəssisəsinin Prezident ailəsinə məxsus olduğunu, özünün isə Arzu və Mehriban Əliyevaların sifarişini yerinə yetirdiyini bildirib.

Ailənizin adından istifadə olunması, mümkündür ki, hüquq orqanlarını çəkindirib, nəticədə “Yeni Həyat Şirkətlər Qrupu” öz əlaqələrini və ya dələduzluq qabiliyyətini işə salaraq, həm Xətai rayon, həm də Bakı şəhər Apellyasiya məhkəmələrində ədalətsiz qərar çıxarmağa nail olub. Hazırda mülkiyyət iddiam Ali Məhkəmənin icraatındadır. Aprel ayının 2-də Ali Məhkəmə son sözünü deyəcək.

Ümid edirəm ki, Babək Babayevin dövlət imicimizə və Sizin fəaliyyətinizə kölgə salan bu əməllərinin qarşısını alacaq, haqq-ədalətin bərpa olunacağına göstəriş verəcəksiniz.

Hörmətlə, Sübhan Zayıdov

Azərbaycan vətəndaşı”



I Vitse-prezident Mehriban Əliyevaya göndərilən məktub:



Hörmətli Mehriban xanım Əliyeva.

Sizin ziyalı ailəsindən gəldiyinizi, hər məsələyə ədalət hissilə yanaşdığınızı, ailə adını həmişə yüksək tutduğunuzu bildiyimdən, çox əhəmiyyətli hesab etdiyim bir problemi diqqətinizə çatdırmaq istəyirəm. Çünki bəzi işbazların öz şəxsi mənfəətləri naminə əl atdıqları dələduzluqlar yalnız mənim mülkiyyətimin əlimdən çıxmasıyla nəticələnmir, həm də Sizin o yüksək adınıza toz qondurmaq məqsədi daşıyır. Bu baxımdan “Yeni Həyat Şirkətlər Qrupu”nun dələduzluğunun iki zərərçəkəni var. Bunlardan biri mən, digəri isə Prezident ailəsidir. Dolayısıyla bizi dərd ortağı edən problemin qısa məzmunu belədir:

Mən 2004-cü ildə “Mərmər” ASC-dən Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Zığ şosesi 5/1 ünvanında yerləşən 5 hektarlıq ərazi satın almışam. Həmin ərazinin özəlləşdirmə istəyim Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbərliyinin külli miqdarda rüşvət istəməsi nəticəsində baş tutmayıb. 10 ildən sonra isə mülkiyyətim qanunsuz olaraq “Yeni Həyat Şirkətlər Qrupu”nun adına özəlləşdirilib. Şirkətlər qrupunun rəhbəri Babək Babayev mənimlə söhbətlərində müəssisəsinin Prezident ailəsinə məxsus olduğunu, özünün isə Arzu və Mehriban Əliyevaların sifarişini yerinə yetirdiyini bildirib.

Ailənizin adından istifadə olunması, mümkündür ki, hüquq mühafizə orqanlarını da çəkindirib, nəticədə “Yeni Həyat Şirkətlər Qrupu” öz əlaqələrini və ya dələduzluq qabiliyyətini işə salaraq, həm Xətai rayon, həm də Bakı şəhər Apellyasiya məhkəmələrində ədalətsiz qərar çıxarmağa nail olub. Hazırda mülkiyyət iddiam Ali Məhkəmənin icraatındadır. Aprel ayının 2-də Ali Məhkəmə son sözünü deyəcək.

Ümid edirəm ki, Babək Babayevin dövlət imicimizə və Sizin fəaliyyətinizə kölgə salan bu əməllərinin qarşısını alacaq, haqq-ədalətin bərpa olunacağına göstəriş verəcəksiniz.

Hörmətlə, Sübhan Zayıdov

Azərbaycan vətəndaşı”



Vaqif Axundova göndərilən məktub:

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov cənabları!

Siz ölkə Prezidentinin təhlükəsizliyini qorumaq şərəfi daşıyan müdrik, uzaqgörən insansınız. Sizə müraciətimin əsas səbəbi də bu yüksək mənəvi keyfiyyətinizə inamımdan qaynaqlanır.

Digər tərəfdən, Prezidenti mühafizəsi təkcə onun can güvənliyini qorumaqla da məhdudlaşmır. Eyni şəkildə onun imicini qorumaq da mühafizə xidmətinin birbaşa vəzifələrindən biridir. Nə yazıq ki, son zamanlar bəzi işbazların öz şəxsi mənfəətləri naminə Prezident ailəsinin adından sui-istifadə etməsi halları geniş vüsət alır, bu da ölkə rəhbərinə qarşı ictimai narazılığı körükləyir.

Belə xoşagəlməz hadisələrdən biriylə şəxsən özüm üzləşmişəm və Sizə bu barədə məlumat verib, dəyərli məsləhətinizi dinləmək, eyni zamanda dövlət rəhbərimizə qarşı yönəlmiş təxribatların qarşısının alınmasında azacıq da olsa rol oynamaq istəyirəm.

Üzləşdiyim problemin qısa məzmunu:

Mən 2004-cü ildə “Mərmər” ASC-dən Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Zığ şosesi 5/1 ünvanında yerləşən 5 hektarlıq ərazi satın almışam. Həmin ərazinin özəlləşdirmə istəyim Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbərliyinin külli miqdarda rüşvət istəməsi nəticəsində baş tutmayıb. 10 ildən sonra isə mülkiyyətim qanunsuz olaraq “Yeni Həyat Şirkətlər Qrupu”nun adına özəlləşdirilib. Şirkətlər qrupunun rəhbəri Babək Babayev mənimlə söhbətlərində müəssisəsinin Prezident ailəsinə məxsus olduğunu, özünün isə Arzu və Mehriban Əliyevaların sifarişini yerinə yetirdiyini bildirib.

Prezident ailəsinin adından istifadə olunması, mümkündür ki, hüquq orqanlarını da çəkindirib, nəticədə “Yeni Həyat Şirkətlər Qrupu” öz əlaqələrini və ya dələduzluq qabiliyyətini işə salaraq, həm Xətai rayon, həm də Bakı şəhər Apellyasiya məhkəmələrində ədalətsiz qərar çıxarmağa nail olub. Hazırda mülkiyyət iddiam Ali Məhkəmənin icraatındadır. Aprel ayının 2-də Ali Məhkəmə son sözünü deyəcək.

Ümid edirəm ki, Sizin müdrikliyiniz nəticəsində Babək Babayevin dövlət imicimizə və Prezidentimizin fəaliyyətinə kölgə salan əməllərinin qarşısını alınacaq, haqq-ədalətin bərpa olunacaq. Sizin bu məsələni nəzərdə saxlamanızı, imkan daxilində mənə yol göstərmənizi rica edirəm.

Hörmətlə, Sübhan Zayıdov

Azərbaycan vətəndaşı”.

Ümidvarıq ki, iş adamının dilə gətirdiyi iddialar obyektiv yoxlanılacaq, ədalət qələbə çalacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.