“ABŞ İran ilə savaşmaq istəmirsə...” - RUSİYADAN AÇIQLAMA
20-06-2019, 07:21
ABŞ-ın Yaxın Şərqə 1000 nəfər hərbçi göndərmək planı ilə bağlı çıxış edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib: “ABŞ İranla müharibədən qaçmaq istəyirsə, Yaxın Şərqdəki hərbi varlığını artırmaq istiqamətindəki planlarından əl çəkməlidir”. Ryabkov Moskva hakimiyyətinin uranı zənginləşdirmə səviyyəsini artırmaq qərarını anladığını bildirməklə yanaşı, bu məsələdən narahat olduqlarını vurğulayıb.