Banda başçısı qızının görkəmində həbsxanadan qaçmağa cəhd etdi - VİDEO

5-08-2019, 17:54           
Banda başçısı qızının görkəmində həbsxanadan qaçmağa cəhd etdi - VİDEO
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Braziliya həbsxanalarının birində qeyri-adi üsulla həbsxanadan qaçmağa cəhd edilib. Banda başçısı həbsxanadan qaçmaq istəyərkən silikon maska, parik, dar cins və çəhrayı köynəkdən istifadə edib.

Xəbərə görə, qanqster Klauvino da Silva 19 yaşındakı qızı ilə görüşü zamanı bir silikon maska və parikdən istifadə edərək qızının görkəmini alıb. Görünür, qızını özünün əvəzinə həbsxanada qoymağı planlaşdırırıb, amma Rio-de-Janeyronun qərbində yerləşən Gericino həbsxanasından çıxarkən əsəbi vəziyyət onu ələ verib.

Orqanların məlumatına görə, da Silva Rio-de-Janeyroda narkotik ticarəti ilə məşğul olan Braziliyanın ən nüfuzlu cinayətkar qruplarından biri olan “Qırmızı Komandanlığın” rəhbərliyində təmsil olunub. Uğursuz bir qaçışdan sonra da Silva maksimum ciddi rejimli həbsxanaya köçürülüb və intizam cəzası alacaq. Qızının cinayətdə iştirakının istintaqı aparılır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.