Çində azı 17 nəfər torpaq sürüşməsi zamanı itkin düşüb

16-08-2019, 07:48           
Çində azı 17 nəfər torpaq sürüşməsi zamanı itkin düşüb
Çində azı 17 nəfər torpaq sürüşməsi nəticəsində itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "China Daily" qəzeti bildirib.

Məlumata görə, hadisə Sıçuan vilayətinin cənub-qərb dairəsində, muxtar dairənin Lyanşan-İyskoqo ərazisində, Qanlo rayonunda, çərşənbə günü yerli vaxtla saat 12:44-də baş verib. Belə ki, dağ süxurunun bir hissəsi gözlənilmədən Çendu (Sıçuanın inzibati mərkəzi) və Kunmin (Qonşu Yunnanın cənub-qərb əyalətinin inzibati mərkəzi) şəhərləri arasında dəmir yolunun sahəsinə dağılıb.

Dəmir yollarının 70 metri, həmçinin qəza vaxtı ərazidə təmir işləri aparan texniki heyətin onlarla əməkdaşı uçqunlar altında qalıb. Xilasedicilər 11 nəfərin həyatını xilas etməyə müvəffər olublar.

Hadisə yerində 400 xilasedici və 14 texnika işləyir. Axtarış işləri davam edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru