Yunker təcili əməliyyat səbəbindən məzuniyyətini yarımçıq qoydu
18-08-2019, 08:56
Avropa Komissiyasının rəhbəri prezidenti Jan-Klod Yunker təcili əməliyyat səbəbindən məzuniyyətindən vaxtından əvvəl dönüb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
Məlumatda bildirilir: "Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker tibbi səbəblərdən Avstriyadakı məzuniyyətindən vaxtından əvvəl dönmək məcburiyyətində qalıb. O, təcili xolesistektomiya əməliyyatı olunması üçün Lüksemburqa göndərilib".