Şeremetevoda Moskva-Vladivostok reysi dayandırılıb –Tüstülənmə müşahidə edildiyinə görə

9-09-2019, 07:17           
Şeremetevoda Moskva-Vladivostok reysi dayandırılıb –Tüstülənmə müşahidə edildiyinə görə
Şeremetevo hava limanında “Rusiya” aviaşirkətinə məxsus təyyarənin uçuşu dayandırılıb.

Moskva-Vladivostok reysini yerinə yetirəcək təyyarənin uçuşunun dayandırılmasına səbəb mühərriklərdən birindəki tüstünün müşahidə edilməsi olub.

Moskva Regionlararası Nəqliyyat Prokurorluğunun nümayəndəsi Yekaterina Korotkovanın sözlərinə görə, bu gün saat 18:55 radələrində Şeremetevo hava limanında “Rusiya Hava Yolları” aviakompaniyasına məxsus təyyarəsi Moskva-Vladivostok reysilə uçuşa hazırlaşan zaman mühərriklərdən birində tüstülənmə müşahidə edilib. Təyyarədə 369 sərnişin olub. Onlardan heç biri xəsarət almayıb.

Qeyd edilib ki, təyyarə dəyişdiriləcək və sərnişinlər səyahətə davam edəcəklər.

Hadisənin başvermə səbəblərinin dəqiqləşdirilməsi üçün yoxlamalara başlanılıb. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru