Gəncədə Əhməd Cavadın xatirə lövhəsi yoxa çıxdı - FOTO

9-09-2019, 11:27           
Gəncədə Əhməd Cavadın xatirə lövhəsi yoxa çıxdı - FOTO
Gəncədə İstiqlal şairi Əhməd Cavadın xatirə lövhəsi yoxa çıxıb.

Teref.az "GancaPost.info" saytına istinadla xəbər verir ki, Azərbaycanın istiqlal şairi, maarifçi, Azərbaycan Dövlət Himninin müəllifi Əhməd Cavadın Gəncə şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti ev 495 (keçmiş Zərrabi küçəsi) ünvanında yerləşən binanın fasadına vurulan xatirə lövhəsi yoxa çıxıb.

Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, tarixi binanın fasadı 2017-ci ildə şəhər İcra Hakimiyyəti tərəfindən təmir edilərkən xatirə lövhəsi götürülüb. Və həmin müddətdən bu günə qədər lövhə öz yerinə qaytarılmayıb.

Əsərləri dövlət varidatı elan edilən, repressiya qurbanı olan şair Əhməd Cavad 1906-cı ildən ömrünün sonuna qədər Gəncədə bu evdə yaşamışdır. Azərbaycan Dövlət Himninin sözlərini də məhz bu evdə yazmışdır.

Ümid edirik ki, Azərbaycanın görkəmli yazıçısı və ictimai xadimi Əhməd Cavadın xatirə lövhəsinin bərpası ilə bağlı məsələyə aidiyyatı qurumlar tərəfindən ölçü görüləcək.

P.S. Mövzunu diqqətdə saxlayacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.