Bu günün havası - 28 dərəcəyə qədər isinəcək

14-09-2019, 10:10           
Bu günün havası - 28 dərəcəyə qədər isinəcək
Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında 24-27, Bakıda 24-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aranda 23-28, dağlarda isə 10-15 dərəcə isti təşkil edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.