Alman polisi sərhəd yoxlamlarını gücləndirib

17-09-2019, 08:33           
Alman polisi sərhəd yoxlamlarını gücləndirib
Almaniya Federal Daxili İşlər Nazirliyi sərhədlərdə yoxlamaları gücləndirib. AzEuroNews.com xəbər verir ki, ötən ayın sonunda başladılan “Pasport yoxlaması” rejimi hələ də davam etdirilir.

Alman polisi qanunsuz miqrasiyanın qarşısını almaq məqsədi ilə avtobanlarda, qatar stansiyalarında və əhalinin sıx olduğu küçə və prospektlərdə şübhəli şəxsləri saxlayaraq onlardan şəxsiyyətlərini təsdiq edən sənəd tələb edirlər.

Miqrantların qanunsuz səyahət zamanı istifadə etdikləri səyahət avtobuslarını da yoxlayan alman polisi ölkədən çıxışına qadağa qoyulan və qanunsuz səyahət edən miqrantları saxlayır.

Almaniya Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin son altı ayında 16 500 şəxs qanunsuz olaraq Almaniyaya keçmək istəyərkən saxlanılıb. Onlardan təkcə 1518-i Bazel-Vayl şəhərlərinin sərhəd yoxlaması zamanı tutulublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru