Portuqaliyada parlament seçkiləri başa çatıb, Sosialist Partiyası birincidir

7-10-2019, 03:34           
Portuqaliyada parlament seçkiləri başa çatıb, Sosialist Partiyası birincidir
Portuqaliyada keçirilən parlament seçkilərində səsvermə başa çatıb.

APA “RİA Novosti-yə istinadla xəbər verir ki, ilkin nəticələrə görə, seçki bülletenlərinin təxminən 80 faizi hesablandıqdan sonra, ölkənin Baş naziri Antonio Kostanın Sosialist Partiyası 38.41 faiz səslə liderliyə yüksəlib.

İkinci yerdə isə 33,69 faiz səs toplayan Sosial Demokrat Partiyasıdır.

Səsəvermə zamanı fəallığın son dərəcə aşağı olduğu bildirilir. Baş nazir Antonio Kostanın seçicilərə çağırışlarına baxmayaraq, onların yalnız 52,6% -i səsvermədə iştirak edib.

Seçkilərə eyni zamanda Solçu blok, Sosialist və Sosial-Demokrat partiyaları, Birləşmiş Demokratik Koalisiya, Xalq Partiyası, “İnsanlar-heyvanlar-təbiət” ictimai birliyinin namizədləri də qatılıblar.

Qeyd edək ki, 230 deputatdan ibarət ölkə parlamenti dörd il müddətə seçilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru