Şirvan şəhərinin yeni icra başçısı kimdir? - DOSYE

12-11-2019, 12:54           
Şirvan şəhərinin yeni icra başçısı kimdir? - DOSYE
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla İlqar Abbasov Şirvan şəhərinin icra başçısı təyin edilib.

Publika.az xəbər verir ki, İ.Abbasov daha əvvəl Suraxanı rayonuna başçılıq edib. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Suraxanı rayon İcra hakimiyətinin başçısı vəzifəsinə Abbasov İlqar Namaz oğlu təyin edilib. Bundan əvvəl İ.N.Abbasov Nərimanov RİH-in başçısı vəzifəsində çalışıb.

Qeyd edək ki, İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə "Sənaye və mülki tikinti" ixtisası üzrə, Bakı Sosial İdarə etmə və Politologiya institutunu isə 1993-cü ildə "politoloq" ixtisası üzrə bitirib. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru