Almaniyada xəstəxana yaxınlığında 2 bomba aşkarlanıb, 14 min nəfər təxliyə edilib

13-01-2020, 07:08           
Almaniyada xəstəxana yaxınlığında 2 bomba aşkarlanıb, 14 min nəfər təxliyə edilib
Almaniyanın Dortmund şəhərində xəstəxana yaxınlığında II Dünya Müharibəsindən qalmış 2 bomba aşkarlanıb.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, mərmilərin zərərsizləşdirilməsi üçün 14 min nəfər xəstəxanadan təxliyə edilərək, müvəqqəti olaraq yaxınlıqdakı məktəbə yerləşdirilib.

ABŞ və İngiltərə istehsalı olan bombaların çəkisinin 250 kiloqram olduğu açıqlanıb.

Hadisə ilə əlaqədar şəhərin dəmir yolu stansiyasının fəaliyyəti müvəqqəti bağlanıb. Saatlarla davam edən əməliyyatdan sonra hər iki bomba zərərsizləşdirilib.

Mütəxəssislər II Dünya Müharibəsi illərində müttəfiqlər tərəfindən atılan minlərlə bombanın hələ də Almaniya ərazisində qaldığını düşünürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru