Ukrayna təyyarəsi ona görə vuruldu ki... - İranlı deputat

14-01-2020, 08:49           
Ukrayna təyyarəsi ona görə vuruldu ki... - İranlı deputat
Ukrayna Hava Yollarına aid təyyarə Tehran yaxınlığına yerləşdirilən yeni havadan müdafiə qüvvələri ilə koordinasiyanın olmaması nəticəsində vurulub.

Axar.az xəbər verir ki, bu sözləri iranlı deputat Əbu əl-Fadl Musəvi deyib.

“Təyyarə havaya qalxmadan öncə havadan müdafiə qüvvələrinə bir və ya bir neçə dəfə məlumat verildi. Lakin o gecə İmam Xomeyni Beynəlxalq Hava Limanının yaxınlığında quraşdırılan havadan müdafiə qüvvələri ilə tam koordinasiya yox idi və xəta səbəbindən hadisə baş verdi”, - deyə deputat bildirib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Ukraynaya aid sərnişin təyyarəsini səhvən vurduqlarını etiraf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru