Azərbaycanda qarayara, bruselyoz xəstəlikləri artıb
22-01-2020, 01:17
Azərbaycanda qarayara, qoturluq, skarlatin, insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə, bruselyoz ilə xəstələnənlərin sayında artım müşahidə olunur.
Dövlət Statistika Komitəsindən "MediaPost"a verilən məlumata görə, 2007-ci ildən 2018-ci ilin dekabr ayınadək ölkədə qızılca xəstəliyi demək olar ki, qeydə alınmasa da, ötən ilin yanvar-noyabr aylarında bu xəstəliklə qeydə alınmış xəstələrin sayı 281 nəfər olub.