Prezident İlham Əliyev Mixail Qusmanın "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, M. Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.