Çində yeni növ koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb

29-01-2020, 06:00           
Çində yeni növ koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb
Çində yeni növ koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsindən bildiriblər.

Bildirilir ki, yeni növ koronavirusa yoluxanların sayı 5974 nəfər çatıb. Daha əvvəl 106 nəfərin öldüyü, 4515 nəfərin virusa yoluxduğu bildirilirdi.

Son sutka ərzində xəstəxanalardan 43 nəfər evə buraxılıb.

Qeyd edək ki, Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru