Bakı kosmosdan belə görünürmüş - FOTO

31-01-2020, 08:32           
Bakı kosmosdan belə görünürmüş - FOTO
Bakı kosmosdan belə görünürmüş
Rusiyalı kosmonavt Oleq Kononenko Bakının kosmosdan fotosunu çəkib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kononenkonun çəkdiyi foto "Roskosmos"un saytında yerləşdirilib.

Kosmosdan çəkilən fotoda paytaxtımızın gecə görüntüsü əks olunub.

O.Kononenko Bakı ilə yanaşı, Rusiyanın bir sıra şəhərləri, o cümlədən dünyanın məşhur şəhərləri olan Nyu-York, Vaşinqton, Las-Veqas, London, İstanbul, Afina, Tehran, Mumbai, Tokio, Roma, Şanxay və s. mərkəzlərin kosmosdan fotolarını çəkib.

Rusiyalı kosmonavt şəhərlərlə yanaşı, kosmosdan Yer kürəsinin, Ayın, eyni zamanda məşhur təbii obyektlərin də görüntülərini lentə alıb.

Qeyd edək ki, 56 yaşlı O.Kononenko Rusiyanın sayca 102-ci, dünyanın isə 473-cü kosmonavtıdır. O, 5 dəfə açıq kosmosda olub.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.