Fransa polisi küçədə gecələyən 21 azərbaycanlını saxlayıb

31-01-2020, 10:14           
Fransa polisi küçədə gecələyən 21 azərbaycanlını saxlayıb
Fransanın paytaxtı Parisdə küçədə yaşayan 1400 nəfər idman zalları və yataqxanalara yerləşdirilib.

“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, həmin şəxslərin arasında Azərbaycan vətəndaşları da var.

Belə ki, Parisin şimal-şərqində yerləşən “Aubervilliers” məhəllləsində yol kənarlarında gecələyən və qanunsuz yollarla ölkəyə gələn miqrantlar polisin keçirdiyi genişmiqyaslı əməliyyatla saxlanılaraq idman zalları və yataqxanalara yerləşdiriliblər. Onların arasında miqrasiya polisinə kimliklərini təsdiq edən hər hansı bir sənəd verməyən və əksəriyyəti gizli olaraq Almaniya, Niderland və Belçikadan qaçaraq Fransaya gələn 21 Azərbaycan vətəndaşı da olub.

Fransa polisi “Təhlükəsiz ölkə” kateqoriyasına aid ölkə vətəndaşlarının kimlikləri barədə düzgün məlumat almaq üçün səfirliklərə müraciət edib.

Qeyd edək ki, hazırda Fransada ölkəyə qanunsuz yollarla gələn şəxslərin sürətli deportasiyası üçün xüsusi mərkəzlərin inşası müzakirə edilir. Həmin mərkəzlərin hava limanları yaxınlığında inşa edilməsi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru