DİN Mətbuat Xidməti: Bərdənin Lənbəran kəndində sakinlərin çəpərlərinin yandırılması ilə bağlı yayımlanmış məlumatın təkzibi

31-01-2020, 20:02           
DİN Mətbuat Xidməti: Bərdənin Lənbəran kəndində sakinlərin çəpərlərinin yandırılması ilə bağlı yayımlanmış məlumatın təkzibi
Teref.az- DİN Mətbuat Xidmətindən verilən məlumata görə, bəzi xəbər portallarında “Müxalifətçi namizədə dəstək verən Bərdə sakinlərinin çəpərini yandırdılar” başlığı altında yayımlanmış məlumat həqiqəti əks etdirmir.

Belə ki, Bərdə rayonu 94 saylı seçki dairəsindən Milli Məclisə növbədənkənar seçkilərlə bağlı namizədliyi qeydə alınmış Dadaş Əhmədli bəzi xəbər portallarında Bərdə rayonu Lənbəran kəndində guya həmin kənddə məskunlaşmış bəzi sakinlərin çəpərlərinin yandırılması barədə məlumat yayımlamışdır.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı bir neçə kənd sakinlərinin adından yerləşdirilmiş məlumat təsdiqini tapmayıb. Bundan başqa sakinlərin çəpərlərinin yandırılmasına dair Bərdə RPŞ-yə heç bir məlumat daxil olmamışdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru