ABŞ milli valyutasını qəsdən ucuzlaşdıran ölkələri “cəzalandıracaq” –Siyahı

5-02-2020, 00:00           
ABŞ milli valyutasını qəsdən ucuzlaşdıran ölkələri “cəzalandıracaq” –Siyahı
ABŞ-ın Ticarət Departamenti milli valyutalarını dollar qarşısında qəsdən ucuzlaşdıran ölkələrin mallarına əlavə gömrük rüsumu tətbiq edəcək.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı ötən ilin may ayından hazırlanmış qanun layihəsi artıq təsdiq edilib.

Sənədə əsasən, Çin, Cənubi Koreya, Yaponiya, Malayziya, Sinqapur, Vyetnam, Almaniya, İtaliya, İsveçrə və İrlandiyadan idxal olunan mallar ABŞ ərazisinə əlavə vergi ödəməklə daxil olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru