QİÇS və qrip əleyhinə dərman vasitələrinin kombinasiyasının Taylandda 2019 nCoV koronavirus xəstəsinin müalicəsində effektiv olduğu məlum olub.
Analoq.az xəbər verir ki,71 yaşlı çinli bir qadın, yeni bir növ pnevmanoyanın ağır simptomları ilə Bankoqdakı Raçaviti Xəstəxanasına yerləşdirilib. Müalicə üçün həkimlər, Yaxın Şərqdə yayılmış tənəffüs sindromunun (MERS) müalicəsində istifadə olunan "Oseltamivir" qrip əleyhinə dərmanı və QİÇS əleyhinə dərman olan "Lopinavir / Ritonavir" istifadə ediblər.
Dərman qəbulundan 48 saat sonra edilən labaratoriya müayinəsi nəticəsində xəstədə koronavirus aşkarlanmayıb.
İndi Tayland Səhiyyə Nazirliyi əldə olunan effekti təsdiqləmək üçün əlavə araşdırmaların nəticələrini gözləyir. Krallıqda koronavirusa yoluxmuş xəstələrin ümumi sayı 19-dur, müalicə olunmuş xəstələrin sayı artıq səkkizə çatıb.