Hadi Rəcəblinin səs yazısı ilə bağlı MSK-dan – Açıqlama

5-02-2020, 17:28           
Hadi Rəcəblinin səs yazısı ilə bağlı MSK-dan – Açıqlama
Hadi Rəcəbliyə aid olduğu iddia edilən səs yazı ilə bağlı MSK-ya şikayət daxil olmayıb.

Bunu Axar.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının(MSK) katibi Mikayıl Rəhimov deyib. O bildirib ki, internetdə yayılan həmin səs yazısının Hadi Rəcəbliyə aid olub-olmaması da araşdırılmalıdır.

Qeyd edək ki, mətbuatda 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadı Rəcəbliyə məxsus səs yazı yayılıb. Səs yazısında H.Rəcəbli Emil adlı şəxsdən (həmin dairədən digər namizəd Emil Eminağa oğlu Vahabov olduğu ehtimal edilir – red.) namizədliyini geri götürməsini tələb edib və MSK sədri Məzahir Pənahova zəng edib, seçkilərin nəticəsini dəyişdirə biləcəyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru