Yapon alimlərinin tibb elmi üçün möhtəşəm kəşf – Depressiya

8-02-2020, 23:14           
Yapon alimlərinin tibb elmi üçün möhtəşəm kəşf – Depressiya
Yapon alimlərinin apardığı bir araşdırma nəticəsində yaxınlaşan depressiyanın qan testi yoluyla üzə çıxarmağın mümkünlüyü məlum olub.

Qaynarinfo xəbər verir ki, alimlərin fikrincə, xroniki ağrı və iltihab psixoloji narahatlığın inkişafında əsas amillərdən biridir.

Mütəxəssislər xəstələrin qanında antranil turşusu səviyyəsinin artması ilə depressiya riskinin artdığını qeyd edib. Bu, orqnizmin gələcək funksiyalarının pozulmasının indikatoru ola biləcək göstəricidir.

Nəzəriyyələrini sınamaq üçün mütəxəssislər sağlam insanlardan və depressiyada şübhəli bilinən xəstələrdən götürülmüş 61 qan nümunəsini təhlil edib. Gözlənildiyi kimi, depressiyada şübhəli bilinən insanlardan götürülmüş bütün qan nümunələrində sağlam qrupla müqayisədə antranil turşusu səviyyəsinin yüksək konsentrasiyası aşkar edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.