Kənddə gecə əyləncəsi: 15 qız və oğlan içib… - Gənclərə “pis sürpriz”

9-02-2020, 00:02           
Kənddə gecə əyləncəsi: 15 qız və oğlan içib… - Gənclərə “pis sürpriz”
İranın mühüm dini mərkəzlərindən sayılan Qum şəhərinin kəndlərindən birində gecə əyləncəsinə
qatılan 15 qız və oğlan həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə xəbər İran mediasında yayılıb.
Məlumata görə, polis Qumun Sələfçəqan kəndində yerləşən bağ evlərindən birində qız və oğlanların
əyləncə təşkil etməsi barədə məlumat əldə etdikdən sonra sözügedən ərazidə əməliyyat keçirib.
Əyləncədə iştirak edən 15 qız və oğlan polis bölməsinə aparılıb.
Polis əməkdaşlarının bağ evində yoxlama apardığı, 1500 litrə qədər müxtəlif növ spirtli içki aşkarlayaraq
götürdüyü bildirilir.
Tutulan gənclərin hazırda harada saxlanılması barədə məlumat yoxdur.
Şəriət qaydaları ilə idarə olunan İranda spirtli içki içmək, qadın və kişilərin əyləncə məclisi təşkil etməsi
qadağandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru