Çində koronavirusdan ölənlərin sayı 908-ə çatıb 10-02-2020, 08:23 Çində koronavirusa yoluxaraq ölənlərin sayı 908-ə yüksəlib. APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Sağlamlıq Komitəsinin açıqlamasında bildirilib.Məlumata görə, ümumilikdə ölkə üzrə yeni virusa 40.1 mindən çox insan yoluxub. Onlardan 3281 nəfəri sağalaraq xəstəxanadan sərbəst buraxılıb. Facebook-da paylaş