Güclü yağışlar ölkəni viran qoydu

10-02-2020, 11:29           
Güclü yağışlar ölkəni viran qoydu
Avstraliyanın Yeni Cənubi Qaller əyalətində güclü yağış və sel ciddi fəsadlara yol açıb.

Cebhe.info xəbər verir ki, ötən ilin sentyabrından bəri ölkə tarixinin ən böyük yanğınları ilə mübarizə aparan Avstraliyada sel nəticəsində 1 nəfər itkin düşüb, məktəblərin əksəriyyətində dərslər müvəqqəti olaraq dayandırılıb, 100 mindən çox ev isə elektriksiz qalıb. Nəticədə hadisədən zərər çəkən insanlar təhlükəsiz ərazilərə təxliyə edilib.

Bildirək ki, əyalətə 1990-cı ildən bəri ən güclü yağış qeydə alınıb. Belə ki, Avstriya Hidrometeorologiya Bürosu son 4 gün ərzində hər kvadrat metrə 391.6 litr yağış düşdüyünü açıqlayıb. Yağışların Sidneyin su ehtiyacını qarşılayan bəndlərdəki doluluq səviyyəsini 42 faizdən 70 faizə qaldıracağı proqnozlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru