Rusiyalı milyarder qiymətli əlyazmanı Olimpiya muzeyinə bağışladı- FOTO

11-02-2020, 00:19           
Rusiyalı milyarder qiymətli əlyazmanı Olimpiya muzeyinə bağışladı- FOTO
Rusiyalı iş adamı, Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) prezidenti Əlişir Usmanov müasir Olimpiya Oyunlarının banisi Pyer de Kuberten tərəfindən yazılan “Olimpiya manifesti”nin əlyazmasını Lozannadakı Olimpiya muzeyinə bağışlayıb.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Olimpiya manifesti” ötən ilin dekabrında adı açıqlanmayan alıcı tərəfindən 8,8 milyon dollara alınıb. Manifesti Pyer de Kuberten 1889-cu ildə yazıb. On dörd səhifəlik əlyazmada müasir Olimpiya Oyunlarının əsasları əksini tapıb.

Müasir Olimpiya Oyunlarının bərpası fransalı Pyer de Kubertenin adı ilə bağlıdır. Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər dörd ildən bir keçirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.