Bəxtiyar Hacıyevdən Nigar Arpadaraiyə – İttiham

11-02-2020, 00:55           
Bəxtiyar Hacıyevdən Nigar Arpadaraiyə – İttiham
“Nigar Arpadarai, özünüzə, ailənizə, övladlarınıza, valideynlərinizə zərrə qədər hörmətiniz varsa, dünənki oğurluqdan imtina edin. Yoxdursa, bundan sonra mən və tərəfdarlarım sizi hər yerdə Səbailin səs oğrusu kimi tanıyacağıq, tanıtdıracağıq. Mən o soyuq havada səs verən, soyuq günlərdə çalışan könüllülərin səsini siz #səsoğrusu na yedirməyəcəm”.

Teref.az xəbər verir ki. bu sözləri deputatlığa namizəd Bəxtiyar Hacıyev yazıb.

Onun sözlərinə görə, açıq və həyasız və şərəfsizcə edilən saxtakarlığı təbrik edənlər dostluğumdan çıxsınlar: “Seçki müddətində tanıdığım xeyli gözəl insanlar var, onları əlavə etməyə yer açılsın. O saxtakarlıqları görəndən sonra yaltaqlıq üçün təbrik yazanlara isə sosial şəbəkə istifadəçiləri layiqli cavabı verəcəklər.

P.S: Dünən o masa altına bülletenlərin necə doldurulmasını bu gün araşdırdım. Məktəb müəllimələri ətəyin (yubka) altında gətirib, əllərini salıb, masanın arxasında yubka altından ora yerləşdiriblərmiş. Yubka altından çıxan bülletenlərlə deputat olmağı özünüzə yaraşdırsanız da, biz buna imkan verməyəcəyik.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru