Xəstəxanaya yerləşdirildiyi deyən Abel Məhərrəmovdan REAKSİYA

12-02-2020, 10:30           
Xəstəxanaya yerləşdirildiyi deyən Abel Məhərrəmovdan REAKSİYA
“Mən hazırda səhər idmanı edirəm”.

Unikal.org xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, universitetin Üzvi kimya kafedrasının müdiri Abel Məhərrəmov səhhətində ciddi problem yarandığı ilə bağlı məlumatlara aydınlıq gətirərkən bildirib.

A.Məhərrəmov yazılanların yalan olduğunu vurğulayıb:

“Nəyi niyə yazırlar özləri bilərlər. Amma mən hazırda idmandayam və idmanı bitirib işə gedəcəyəm”.

Qeyd edək ki, bəzi KİV-lərdə verilən məlumata görə, A.Məhərrəmov ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru