Seçki günü məşhur olan kişi barədə maraqlı faktlar - FOTO

13-02-2020, 22:36           
Seçki günü məşhur olan kişi barədə maraqlı faktlar - FOTO
9 fevralda ölkəmizdə keçirilən növbədənkənar parlament seçkilərində ən biabırçı hadisə 47 saylı Mingəçevir Seçki Dairəsində yaşandı.

“Yeni Sabah” xəbər verir ki, həmin dairənin 21 saylı məntəqəsinin rəsmi üzvü Mahir Eyyubov müşahidəçilərin gözü qarşısında topa bülleteni qutuya salarkən kameralara tuş gəlib.

Onun həmin görüntüsü sosial şəbəkələrdə ən çox yayılan və müzakirə edilən foto olub.

Məlumata görə, M.Eyyubov rayonda YAP fəallarından biridir və həmçinin həmin DSK-nın sədri Oktay Məmmədovun yaxın adamıdır. Məlumatda M.Eyyubovun YAP Mingəçevir Şəhər Təşkilatının fəal üzvü və Cavanşir Yusubovun ən yaxın dostu olduğu qeyd edilir.

Mahir Eyyubov mütəmadi olaraq Mingəçevir Şəhər İcra başçısının və Mingəçevir YAP təşkilatının rəsmi tədbirlərində ön sırada əyləşib və söz sahibi olub.

Sözügedən tədbirlərdən olan fotoları təqdim edirik:















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru