SON DƏQİQƏ: 10 min nəfəri mühasirəyə aldılar - Postlar quruldu, giriş-çıxışlar bağlandı

14-02-2020, 00:02           
SON DƏQİQƏ: 10 min nəfəri mühasirəyə aldılar - Postlar quruldu, giriş-çıxışlar bağlandı
Vyetnamda koronavirus səbəbiylə Vinfuk vilayətindəki 10 min nəfərin yaşadığı bölgə karantina alınıb. Buna səbəb 3 aylıq uşağın virusa yoluxmasıdır. Onun virusa necə yoluxduğu məlum deyil.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, mühasirəyə alınan bölgədən insanların çıxışına icazə verilmir. Bölgəyə yalnız xüsusi icazə əsasında girmək mümkündür.

Məlumata görə, paytaxt Hanoydan 50 kilometr məsafədə yerləşən bölgədə karantin müddəti azı 14 gün davam edəcək. Bölgədə bir neçə müşahidə postları qurulub. Sakinlərə xidmət göstərmək üçün səyyar dükanlar yaradılıb. Məktəblərdə tətil elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru