Məşhur blogerin videosunu deputatlara göstərəcəklər VİDEO

15-02-2020, 00:01           
Məşhur blogerin videosunu deputatlara göstərəcəklər VİDEO
Dudun "QİÇS Rusiyada – haqqında danışılmayan epidemiya" sənədli filmi fevralın 11-i "Youtube" portalında yayımlanıb və 3 gün ərzində videoya 9 milyondan çox baxış olub

Rusiya Dövlət Dumasının Sağlamlığın Qorunması üzrə Komitəsinin sədr müavini Fedot Tumusov jurnalist Yuri Dudu QİÇS haqqında sənədli filminin nümayiş edilməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin köməkçisi Anastasiya Kaşevarova vurğulayıb ki, filmin nümayişinin təşkili təşəbbüsü ilə Dumanın aparatı çıxış etməyib.

Deputat Valeri Raşkinanın sözlərinə görə, filmin nümayişi bu gün 15:00-da baş tutacaq.

Dudun "QİÇS Rusiyada – haqqında danışılmayan epidemiya" adlı sənədli filmi fevralın 11-i "Youtube" portalında yayımlanıb və 3 gün ərzində videoya 9 milyondan çox baxış olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru