Blumberq “İnstaqramda” reklamına 1,5 milyon ABŞ dolları xərclədi

15-02-2020, 08:47           
Blumberq “İnstaqramda” reklamına 1,5 milyon ABŞ dolları xərclədi
ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd, Nyu-Yorkun keçmiş meri, “Bloomberg” agentliyinin sahibi, 77 yaşlı milyarder Maykl Blumberq “İnstagram”da seçki ilə bağlı təbliğat materiallarını yaymaq üçün 1 milyondan 1,5 milyon ABŞ dollarına qədər pul xərcləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat “Forbes” jurnalında dərc olunan məqalədə yer alıb.

Nəşrin məlumatına görə, 30-a yaxın şəxs Blumberqin “İnstaqram”da materiallarını parlaq, yaddaqalan formada və aktiv şəkildə yayımlayır. Həmin şəxslər də milyarder tərəfindən yaxşı məvacib alırlar.

Forbes müxbirlərinin görüşdüyü ekspertlərin fikrincə, “İnstagram”da 1 milyondan çox izləyicisi olan tanınmış insanlar sosial şəbəkələrdə bir məlumatı paylaşmaq üçün azı 10 min ABŞ dolları tələb edirlər.

Siyasi xarakterli materiallara gəldikdə, materiala görə qiymət 50 min ABŞ dollarına qədər arta bilər.

Namizədin təşviqat qərargahının rəsmiləri isə iddialara münasibət bildirməkdən imtina ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru