Əcayib taksi xidməti - “Mən uşaqları avtomobilimə mindirmirəm”

15-02-2020, 11:14           
Əcayib taksi xidməti - “Mən uşaqları avtomobilimə mindirmirəm”
Taksi şirkəti kimi fəaliyyət göstərən BOLT-dan oxucu şikayəti daxil olub.

Teref.az Milli.Az-a istinadən şikayəti olduğu kimi təqdim edir:

“Məktəbdən uşaqları götürüb evə aparmaq istəyirdim. Hava yağışlı olduğu üçün taksidən istifadə etmək qərarına gəldim. Tətbiq vasitəsilə BOLT-dan istifadə etdim və taksi sifariş etdim. 99UJ740 dövlət nişanlı “Chevrolet Cruze” avtomobili idarə edən İlqar adlı sürücü 5 dəqiqəyə yaxınlaşmalı idi. Vaxt keçdikdən sonra yanımıza həmin taksi yaxınlaşdı və dayanmadan yolunu davam etdi. Tıxac olduğu üçün uzağa gedə bilmədi. Ona çataraq sürücüyə işarə etdim ki, dayansın. Sürücü pəncərəni aşağı saldı və mən ona bildiridim ki, müştərisi mənəm. Aldığım cavabdan şoka düşdüm: “Mən uşaqları avtomobilimə mindirmirəm”. Düşünürəm ki, belə bir hal varsa, bu mənə, yəni müştəriyə, əvvəlcədən bildirilməli idi. Xahiş edirəm ki, o sürücü barədə ciddi ölçü götürülsün, onunla əməkdaşlıq edilməsin və heç bir taksi şirkəti onunla işləməsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.