İran və İraqdan Qasım Süleymani qərarı - Hərəkətə keçdilər

16-02-2020, 22:36           
İran və İraqdan Qasım Süleymani qərarı - Hərəkətə keçdilər
İran və İraq general Qasım Süleymaninin öldürülməsinin hüquqi tərəfinin araşdırılması üçün birgə komitə quracaq.

Publika.az xəbər verir ki, bu barədə İranın Ədliyyə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, hadisə beynəlxalq hüquq çərçivəsində araşdırılacaq. İran və İraq artıq bununla bağlı razılığa gəlib. Komitədə hər iki ölkədən nümayəndələr iştirak edəcək.

Qeyd edək ki, yanvar ayının 3-də Bağdadda ABŞ ordusunun hücuma nəticəsində iranlı general Qasım Süleymani və daha 10 nəfər həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru