Putin Sadıqovu necə bağışladı? - Etiraf

17-02-2020, 08:21           
Putin Sadıqovu necə bağışladı? - Etiraf
Rusiya dövlət başçısı Vladimir Putinin tərcüməçisi, Xarici İşlər Nazirliyinin Linqvistika Təminatı şöbəsinin məsləhətçisi Aleksey Sadıqov yorğunluq səbəbindən tərcümə xətasına yol verdiyini etiraf edib.

Axar.az xəbər verir ki, Sadıqov bir dəfə tərcümə zamanı ölkənin adını səhv səsləndirdiyini bildirib.

“Putin mənə tərəf çöndü və sərt şəkildə dedi: Məni diqqətlə dinlə!” – deyə Sadıqov bildirib.

Sadıqov Putinin Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenko ilə də danışığında gözlənilməz halın yaşandığını xatırladıb:

“Minsk formatında telefon danışığı zamanı ingilis dilinə üstünlük verildi. Bundan sonra tərəfimizdən bir ingilis dili üzrə tərcüməçi söhbətə daxil edildi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru